Bərdə rayon İcra Hakimiyyəti başçısının Mollaməmmədli kəndində səyyar qəbul-görüşü keçirilib
23 aprel 2025 | 16:22
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Mollaməmmədli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, 1 km uzunluqda elektrik xəttinin qəzalı vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunması, təhlükə törədən 10 kv-luq elektrik xəttinin texniki normaya gətirilməsi, maddi yardım edilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəyinin texniki normaya gətirilməsi, kənd sakinlərinin içməli suya olan tələbatının qarşılanması üçün 1 ədəd artezian quyusunun qazılması, 0,5 km uzunluqda dren kanalın lildən təmizlənməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.