Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyəti başçısının Qazıqurdalı kəndində səyyar qəbul-görüşü keçirilib

14 noyabr 2025 | 14:25
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Qazıqurdalı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, asfalt örtüyünün dağılmış hissələrinin bərpa olunması, yaşıl kütlənin budanması, 1 ədəd yeni elektrik güc transformotorunun verilməsi, körpələr evi-uşaq bağçasının həyətinə məişət tullantıları üçün konteyner yerləşdirilməsi, məktəbin qarşısında piyada zolağının çəkilməsi, dren kanalın lildən təmizlənməsi, işlə təmin olunma və birdəfəlik maddi yardım olunması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Keçidlər