Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Bərdə rayonu Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Bərdə rayonu Lənbəran kəndi “Hacı Həmid” məscidində “Uşaq hüquqları aylığı çərçivəsində: “Cəmiyyətin və dini icmaların uşaq hüquqlarının müdafiəsində iştirakı” adlı mövzuda seminar keçirilib.

25 noyabr 2025 | 15:35
Tədbirdə Bərdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə rayonu A.İsmayılov adına Lənbəran kənd tam orta məktəbinin direktoru Pərvin Quluzadə, Bərdə rayonu Lənbəran kəndi “Hacı Həmid” məscidinin imam müavini Əkrəm Əfəndiyev və kənd sakinləri iştirak ediblər.
Qeyd edilib ki, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.
Natiqlər bildirib ki, bəşəriyyətin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür. Tədbir zamanı ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində görülən işlərdən söz açılıb. Vurğulanıb ki, uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.
Keçidlər