Bərdə rayon İcra Hakimiyyəti və Bərdə Regional ASAN Xidmət mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Ulu Öndərlə görüşmüş rayon ziyalılarının Asan Xidmət könüllüləri ilə görüşü keçirilmişdir.
02 avqust 2023 | 12:10
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzmüşlər. Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq Bərdə rayonunda keçirilən tədbirlərdən bəhs etdi. Ulu Öndərin həyatı, Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işlədiyi dövrlərdə və Müstəqil Azərbaycanın prezidentliyi dövründə həyata keçirdiyi işlər haqqında iştirakçılara məlumat verdi. Çıxış edənlər sürücü-mexanik Ədibə Əhmədova, QMƏVŞA İB-nin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova Ulu Öndər Heydər Əliyevlə keçirdiyi görüşlər və xatirələri haqqında gənclərlə təəsüratlarını bölüşdü. Daha sonra çıxış edən Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin “Dəmir yumruğu” sayəsində 44 günlük müharibədə qazandığımız qələbədən və Azərbaycanı dünya dövlətləri sırasında lider dövlətə çevirməsindən danışdı. Görüşdə ziyalılar tərəfindən ASAN könüllülərini maraqlandıran suallar cavablandırılmışdır.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.