Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın illik hesabat tədbiri keçirilib

19 dekabr 2025 | 17:31

Tədbirdə komissiyanın sədri Səfurə xanım Hümbətova çıxış edərək il ərzində komissiya tərəfindən həyata keçirilən tədbirlər, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər, eləcə də əldə olunan nəticələr barədə ətraflı məlumat verib.
Daha sonra komissiyanın üzvləri çıxış edərək öz fəaliyyət sahələri üzrə ümumi fikirlərini bölüşüb və qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərlə bağlı təkliflərini səsləndiriblər.
Hesabat çərçivəsində il ərzində keçirilən tədbirləri və göstərilən yardımları əks etdirən slaydlar nümayiş olunub, görülən işlər əyani şəkildə iştirakçıların diqqətinə çatdırılıb.

Keçidlər