Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan qadını siyasətdə” mövzusunda tədbir keçirildi
11 mart 2026 | 16:53
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə komissiyanın sədri Səfurə Hümbətova müasir dövrdə Azərbaycan qadınının cəmiyyətin və dövlət idarəçiliyinin müxtəlif sahələrində, xüsusilə də siyasətdə artan rolundan, qadınların fəallığının və liderlik keyfiyyətlərinin əhəmiyyətindən danışdı.
Daha sonra mövzu ətrafında komissiyanın üzvləri və tədbir iştirakçıları tərəfindən çıxışlar edildi, qadınların ictimai-siyasi həyatda iştirakının vacibliyi, ailə dəyərlərinin qorunması və cəmiyyətin inkişafında qadınların rolu barədə fikirlər səsləndirildi.
Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi apararaq müasir Azərbaycan qadınının cəmiyyətimizdəki mühüm rolunu bir daha vurğuladılar.






