Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər təşkil olunub

24 oktyabr 2025 | 14:24

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planının 8.10.1. bəndinin (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) və 8.9.3-cü bəndinin (dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlərin keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən 23-24 oktyabr 2025-ci il tarixində İcra Hakimiyyətinin inzibati binasında müvafiq təlimlər təşkil edilmişdir.

Təlimlərin keçirilməsində əsas məqsəd dövlət qulluqçularının etik davranış qaydalarına dair bilik və bacarıqlarının artırılması, xidməti fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi, dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin gücləndirilməsi, potensial imkanlarının aşkar edilməsi və peşə səriştəliliyinin artırılması olmuşdur.

Eyni zamanda, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi mexanizmi, qiymətləndirmənin aparılması qaydaları, meyarları və yekun qiymətin formalaşdırılması prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Beləliklə, keçirilmiş təlimlər vasitəsilə Strategiyanın Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilmişdir.

Keçidlər