Bərdə Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabat iclası keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3. nömrəli tapşırığının (dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi) icrası ilə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısının aparatının, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliklərinin rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının iştirakı ilə dövlət qulluğunda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi məqsədilə iclas keçirilmişdir. İclasda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə müzakirələr aparılmış və bu sahədə bütün suallar cavablandırılmışdır.