Bərdə Rayon İcra Hakimiyyətinin başçısı kikboksinq üzrə dünya çempionları ilə görüşüb
23 oktyabr 2026 | 17:10
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İtaliyanın Jesolo şəhərində keçirilən kikboksinq üzrə Dünya Çempionatında uğur qazanan Bərdə idmançıları – gənclər arasında dünya çempionu olmuş Mayılzadə Əli və yeniyetmələr arasında dünya çempionu olmuş Allahyarlı Ayxanla görüş keçirib.
Görüşdə rayon rəhbəri idmançıları dünya çempionatında qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları qələbələr ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının və gənclərin idmana marağının bariz nümunəsidir.
Sonda xatirə fotosu çəkdirilib və rayon rəhbəri tərəfindən idmançılara qazandıqları uğurlara görə pul mükafatı təqdim olunub.






