Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev növbəti vətəndaş qəbulu keçirib

23 oktyabr 2026 | 17:08
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən 23 oktyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Müraciətlər əsasən sosial məsələlər, məşğulluq, mənzil-məişət şəraiti və digər problemlərlə bağlı olub.
RİH başçısı vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun, obyektiv və operativ şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Qəbul zamanı həlli yerində mümkün olan bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin nəzarətə götürülməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul zamanı vətəndaşlara müraciətlərin rahat və operativ şəkildə ünvanlanması, dövlət xidmətlərinin əlçatanlığının artırılması məqsədilə “myGov” platformasının imkanları barədə ətraflı məlumat verilib.
Keçidlər