Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Bala Göyüşlü kəndində səyyar qəbul-görüşü keçirildi

20 iyun 2024 | 15:47
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Bala Göyüşlü kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənd körpələr evi uşaq baxçasının içməli su ilə təmin olunması, Mustafaağalı-Kolayır avtomobil yoluna asfalt-beton örtüyünün çəkilməsi, kəndin elektrik enerjisi ilə təminatında fasilələr yarandığı üçün 1 ədəd yeni elektrik güc transformatoru verilməsi, kəndin mərkəzində yerləşən subartezian quyusuna 1 ədəd yeni dərinlik nasosunun verilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi
Keçidlər