Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Bəcirəvan kəndində səyyar qəbul-görüşü keçirildi

15 may 2024 | 15:10
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Bəcirəvan kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin 1 ədəd yeni artezian quyusunun qazılması, birdəfəlik maddi yardım olunması, subartezian quyusunun dərinlik nasosunun məhsuldarlığının az olduğu üçün yeni nasos verilməsi , Bəcirəvan kənd tam orta məktəbinin əsaslı təmir olunması , daxili suvarma arxının lildən təmizlənməsi, pay torpağının sərhədlərinin yenidən dəqiqləşdirilməsi, elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin istismar müddəti başa çatmış elektrik şəbəkəsinin kabelləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər