Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Hüseynbəyli kəndində səyyar qəbul-görüşü keçirildi
15 mart 2024 | 17:03
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil,səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Hüseynbəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə daxili yolların hamarlanması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, suvarma arxının lildən təmizlənməsi, subartezian quyusunun qazılması, kəndə internet xəttinin çəkilməsi və maddi yardım edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.