Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Kələntərli kəndində səyyar qəbul-görüşü keçirildi
20 fevral 2024 | 17:36
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Kələntərli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə 2 ədəd subartezian quyusunun qazılması, kəndin elektrik şəbəkəsinin tam kabelləşdirilməsi, kəndin mərkəzində olan 63 kv-luq elektrik güc transformatorunda olan nasazlığın aradan qaldırılması və transformatorun texniki normaya gətirilməsi, 820 reper nömrəli subartezian quyusunun dərinlik nasosunun texniki normaya gətirilməsi, maddi yardım olunması, Kələntərli kəndinin mərkəzindən keçən kəndi Tərtər rayonunun Mamırlı kəndi ilə birləşdirən 1,5 km uzunluqda yolun asfaltlaşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.