Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Kərimbəyli kəndində səyyar qəbul-görüşü keçirildi

19 aprel 2024 | 16:56
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil,səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Kərimbəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə elektrik enerjisinin verilişində fasilələrin yaranması, dren kanalların lildən təmizlənməsi, əkinə yararlı torpaq sahəsinin ayrılması və maddi yardım edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər