Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Mirzəxan-Qaraqoyunlu kəndində səyyar qəbul-görüşü keçirildi

13 fevral 2024 | 17:26
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Mirzəxan-Qaraqoyunlu kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə istismar müddəti başa çatmış elektrik şəbəkəsinin yenidən qurulması, Mirzəxan-Qaraqoyunlu kəndinin əsas yolunun 0,7 km hissəsinin qreyderlə hamarlanması, əkinə yararlı torpaq sahəsinin verilməsi, kənddə tibb məntəqəsinin tikilməsi, kəndin ərazisində internetin sürətinin gücləndirilməsi, işlə təmin olunma və maddi yardım edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər