Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Qaradırnaq kəndində səyyar qəbul-görüşü keçirildi

09 fevral 2024 | 17:30
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qaradırnaq kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə istismar müddəti başa çatmış elektrik şəbəkəsinin yenidən qurulması, kəndin 3,3 km-lik əsas yolunun asfaltlanması, 1 km uzunluqda daxili suvarma arxının lildən təmizlənməsi, Qaradırnaq kəndində 20 təsərrüfatdan ibarət yeni məhlə adlanan ərazidə elektrik şəbəkəsində olan nasazlıqların aradan qaldırılması, fərdi yaşayış evinə internet xəttinin çəkilməsi, kəndin əsas yolunda avtobus dayanacağının quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər