Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Qazıqurdalı kəndində səyyar qəbul-görüşü keçirildi

07 mart 2024 | 11:09
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qazıqurdalı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə içməli su ilə təminatın yaxşılaşdırılması üçün 1 ədəd artezian quyusunun qazılması, suvarma arxının lildən təmizlənməsi, maddi yardım olunması, kənddaxili yolların hamarlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər