Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Qullar kəndində səyyar qəbul-görüşü keçirildi
23 fevral 2024 | 17:56
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qullar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin Qullar kəndinin 2,5 km uzunluqda olan baş yolunun asfaltlanması, kənddə 1 ədəd artezian quyusunun qazılması, kənddə internetin sürətinin gücləndirilməsi, istismar müddəti başa çatmış elektrik şəbəkəsinin kabelləşdirilməsi, fərdi yaşayış evinə təbii qaz xəttinin çəkilməsi, birdəfəlik maddi yardım olunması, subartezian quyusuna yeni nasos verilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.