Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Şərəfli kəndində səyyar qəbul-görüşü keçirildi
05 iyun 2024 | 11:34
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Şərəfli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kəndin əsas yolunun asfaltlanması, subartezian quyusunun kalonunun bərpa olunması, kəndin elektrik şəbəkəsinin yenidən qurulması, işlə təmin olunma, əkinə yararlı torpaq sahəsi verilməsi, 1 ədəd yeni artezian quyusunun qazılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi