Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Umudalılar kəndində səyyar qəbul-görüşü keçirildi

20 yanvar 2024 | 13:52
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Umudalılar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kəndin ərazisində yerləşən subartezian quyusunun dərinlik nasosunun bərpa edilməsi, əkinə yararlı 60 ha pay torpağının suvarılmasında yay aylarında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması və fərdi yaşayış evinin qarşısındakı qaz sayğacının yerinin dəyişdirilməsi, işlə təmin olunma, maddi yardım olunması, kəndin ərazisində olan 500 metr uzunluqda açıq dren kanalın lildən təmizlənməsi, işıq dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər