Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Vəliuşağı kəndində səyyar qəbul-görüşü keçirildi
02 may 2024 | 14:53
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Vəliuşağı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin əkinə yararlı torpaq sahəsinin verilməsi, əlilliyin müəyyən edilməsi, 1 ədəd yeni artezian quyusunun qazılması, fərdi yaşayış evinin təbii qaz ilə təmin olunması, birdəfəlik maddi yardım olunması, kəndə sürətli internet xəttinin çəkilməsi, elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin istismar müddəti başa çatmış elektrik şəbəkəsinin kabelləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.