Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Xanxanımlı kəndində səyyar qəbul-görüşü keçirildi

22 may 2024 | 14:26
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Xanxanımlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin içməli və suvarma suyu üçün subartezian quyularının qazılması, internet xəttinin çəkilməsi, elektrik güc transformatorunun verilməsi, kənd yoluna qrabil tökülməsi, kəndin girişində ad göstəricisinin yerləşdirilməsi və maddi yardım edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər