Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Zümürxan kəndində səyyar qəbul-görüşü keçirildi
23 iyul 2024 | 15:52
Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Zümürxan kəndində səyyar qəbul-görüşü keçirildi
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Zümürxan kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin subartezian quyusunun dərinlik nasosunun yenisi ilə əvəz olunması, elektrik enerjisinin verilməsində fasilə yarandığı üçün yaşıl kütlənin budanması, kəndə verilən içməli suyun vaxt limitinin uzadılması, birdəfəlik maddi yardım olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.