Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə "Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda görüş keçirilmişdir.
20 noyabr 2023 | 19:07
RİHB aparatının rəhbər şəxslərinin, əməkdaşlarının və işə yeni götürülmüş işçilərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi əməkdaşların bu sahədə bilik və bacarıqlarını artırmaqdır.
Görüşdə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun əsas məqsədlərindən, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasından, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına ehtimadının yüksəldilməsindən, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından eyni zamanda hər bir dövlət qulluqçusunun öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını və yüksək etik davranış qaydalarınını rəhbər tutmalı olduğu, eləcədə hər bir dövlət qulluqçusunun etik davranış qaydalarına və prinsiplərinə əməl etməli olduğu vurğulamışdır.
Qeyd edilib ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Aparatında, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində də il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.