Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin növbəti tədbiri Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə keçirilmişdir

15 noyabr 2022 | 10:17
“İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı Qarabağ əlili Gəray Əsədovun və Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktor əvəzi Ceyhun Məmmədovun təşkilatçılığı ilə "Müzəffər Ali Baş Komandan Xalq-Ordu birliyi " mövzusunda keçirilən tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Bərdə RİHB aparatının informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə 2020-ci il sentyabrın 27-dən başlanan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrilməsindən, qalib Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən danışıb.
Mövzu ilə bağlı Qarabağ müharibəsi əlili Gəray Əsədov ətraflı məruzə edib.
Bildirib ki, Azərbaycan tarixində bir çox şərəfli anlar olub, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır".
Tədbirdə QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə şəhər 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmilə Nəcəfova, Azərbaycan dili və ədəbiyyat müəllimi Leyli Allahverdiyeva, Qarabağ əlili Rizvan Qasımov, veteranı Aqşın Hacızadə çıxış etmişlər.
Tədbir şagirdlərin vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam etmişdir.
Keçidlər