Bərdə Rayon İcra Hakimiyyətinin növbəti tədbiri Mərkəzi kitabxanada keçirilmişdir
22 noyabr 2022 | 11:08
"İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı Bərdə rayon Mərkəzi kitabxana sisteminin direktor əvəzi İlhamə Məmmədovanın təşkilatçılığı ilə "Multikulturalizm" mövzusunda keçirilən tədbir İlhamə Məmmədovanın Azərbaycanda yaşayan azsaylı xalqlar və etnik qrupların hərtərəfli inkişafı və qorunması haqqında geniş məruzəsi ilə başlamışdır.
Sonra Bərdə RİHB aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə çıxış edərək multikulturalizm haqqında məlumat vermiş bildirmişdir ki, multikulturalizm çox mədənilik, bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyət deməkdir. Multikulturalizm bir çox millətlərə məxsus insanların mədəniyyətinin qorunmasına, inkişafına yönəlmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılıb. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mövzu ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova çıxış edərək həqiqətən də Azərbaycanda dini ayrı-seçkiliyin olmadığından, Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktlarının qeydə alınmadığını, Azərbaycan dövlətinin onların hər birinə göstərdiyi qayğıdan danışmışdır.
Tədbirdə rayon Cümə məscidinin axundu Ramazan Hüseynov, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Sevda Süleymanova, QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, "Bərdə"qəzetinin müxbiri Şükufə Əliyeva, Bərdə Regional "ASAN xidmət" mərkəzinin əməkdaşı Şamxal Yaqubov çıxış etmişlər.
Rayon ərazisində yaşayan tatar, yəhudi, rus xalqlarının nümayəndələri Azərbaycan xalqı ilə uzun illərdən bəri mehriban dostluq münasibətləri quraraq yaşadıqlarını və dövlətimiz tərəfindən azsaylı xalqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə, ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.
N. Gəncəvi adına 2 nömrəli tam orta məktəbin, N. Nərimanov adına 3 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif dillərdə şeirlər səsləndirmiş, 4 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin rəqs qrupu müxtəlif xalqların rəqslərini ifa etmişlər.
Tədbirdə "Multikultural və tolerant dəyərlərimiz, tarixilik, varislik, müasirlik" adlı sərgi təşkil edilmişdir.