Bərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə rayon ərazisində bir sıra abadlıq və quruculuq işləri görülmüşdür.
06 avqust 2023 | 09:36
Ulu Öndərin adını daşıyan prospektdə və Mərkəzin ətrafında ağaclar, dekorativ bitkilər və gül kolları budanmış, təzə gül və dekorativ bitkilər əkilmiş, piyada səkilərinin dağılmış hissələri bərpa olunmuş, piyada keçidləri, yol xəttləri rənglənmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iş görülən ərazilərdə olmuş və işlərin gedişi ilə tanış olmuşdur. Abadlıq işləri davam etdiriləcəkdir.