Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir

10 may 2023 | 18:53
Öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülmüşdür.
Bərdə Rayon Mədəniyyət Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini, Bərdə rayonuna səfərlərini özündə əks etdirən sərgiyə baxış keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Bərdə rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı geniş məruzə etmişdir. Rayon rəhbəri dolğun rəqəmlərlə və faktlarla Sovet dövründə və müstəqillik illərindəki fəaliyyəti zamanı Ümummilli Liderin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmasından, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından danışmışdır. Eyni zamanda qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə 14 dəfə Bərdəyə səfər etmiş, rayon ictimaiyyəti və sadə əmək adamları ilə şəxsən görüşmüş, rayonun sosial-iqtisadi inkişafında, kənd təsərrüfatının dirçəlişində mühüm rolu olmuşdur.
Qeyd edilib ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, dahi rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən "Əsrin adamı" adlı sənədli filmin nümayişi ilə başa çatmışdır.
Keçidlər