Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

12 dekabr 2023 | 09:52
Bərdə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə "Tarix yazan əbədiyaşar lider" adlı tədbir keçirilmişdir.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Bərdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov bildirib ki, 12 dekabr xalqımızın həyatında çox ağır və hüznlü gündür. Bu gün Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfat etdiyi gündür. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərib. Birinci dəfə 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxmış, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunmuşdur.
Sonra rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Şorəlli kənd tam orta məktəbin direktoru Gülnarə Əliyeva, Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov çıxış edərək Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artmasının Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, bu gün ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublkasının Prezidenti möhtərəm cənab İlham Əliyev çox qarışıq və mürəkkəb dünyamızda ölkəmizi böyük məharətlə, siyasi uzaqgörənliklə idarə edir, respublikamız böyük nailiyyətlərə imza atır.
Keçidlər