Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə rayon ərazisində mövcud olan məscid və ziyarətgahlarda abadlıq və təmizlik işləri çərçivəsində iməcliklər keçirilmişdir

26 iyul 2023 | 19:11
Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə rayon ərazisində mövcud olan məscid və ziyarətgahlarda abadlıq və təmizlik işləri çərçivəsində iməcliklər keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri ilə birlikdə görülən işlərlə yaxından tanış olmuşlar.
İməcilik aparılan yerlərdə mövcud olan qapı, darvazalar rənglənmiş, uçulmuş, dağılmış hasarlar və çəpərlər bərpa edilmiş, ərazidə əmələ gəlmiş alaq otları biçilmiş, ağaclar budanmış, habelə bərk və məişət tullantılarının toplanması, ərazidən daşınması, su və elektrik xətlərinin bərpası işləri həyata keçirilmişdir.
İməclik ümumilikdə rayon ərazisində 22 məscid və ziyarətgahda, 800-dən çox insanın iştirak ilə keçirilmişdir.
Qeyd edək ki, təmizlik işləri davam etdirilir.
Keçidlər