Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin və Bərdə Dövlət İdarəetmə Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə "2025-ci il Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib.

28 aprel 2025 | 12:50
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Mehtiyeva, RİH yanında İctimai Şuranın katibi Əhliman Hümbətov, Bərdə Regional "Asan Xidmət" Mərkəzinin Hüquqlarının təminat sektorunun direktoru Sərxan Nadirxanov, Kollecin inzibati- rəhbər, pedaqoji və tələbə heyəti iştirak ediblər.
Tədbirdə Dövlət Himnimiz səsləndirilib. Sonra şəhidlərimizin və ümummilli liderimiz Heydər Əliyevin xatirəsi anılıb.
Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev qonaqları salamladıqdan sonra bu günün həm tarixi əhəmiyyətindən, həm də gələcəyə yönələn strateji əhəmiyyətindən danışıb.
Kollecin müəllimi, tədbirin təşkilatçılarından olan Ayşən Aqili müstəqil və suveren dövlətə sahib olan Azərbaycan xalqının hüquqi və siyasi əsaslarının, milli kimliyinin və birliyinin ifadəsi olan gün üçün yüzillər boyu aparılan mübarizədən danışıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Mehtiyeva çıxışında hazırda müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayan dövlətimizin tarixi ədalətə və beynəlxalq hüquqa söykənən, zəfərlərinin davamlılığını təmin edən siyasətindən və bu günün təsisindən danışıb.
RİH yanında İctimai Şuranın katibi Əhliman Hümbətov ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə qeyd olunan "Konstitusiya günü" nün tarixindən danışıb, müstəqil və suveren dövlətimizin ədalətli qanunlara söykənərək idarə olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra günə həsr olunmuş videoçarxlar təqdim olunub.
Tədbirdə kollecin tələbələri tərəfindən vətənpərvərlik ruhunda şeirlər və musiqilər səsləndirilib.
Keçidlər