Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin və FHN-nin Qarabağ regional Mərkəzinin təşkilatçılığı ilə inzibati binanın akt zalında “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.

25 fevral 2026 | 12:28

Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının, FHN-nin Qarabağ regional Mərkəzinin, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən Mülki müdafiə qərərgahlarının rəisləri iştirak ediblər. Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə qərargahının rəisi Damət Ələkbərov, FHN-nin Qarabağ regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin rəisi Elvin Əlizadə, Mərkəzin baş zabiti İntiqam Mikayılov çıxışlarında Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i gününün Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edildiyini, Azərbaycan Respublikasının 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvü olduğunu, 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il müxtəlif tədbirlər təşkil edildiyini və cari ildə keçirilən tədbirin “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmış, mülki müdafiənin məqsədi, bu istiqamətdə həyata  keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində əldə edilmiş uğurlar barəsində məlumat vermişlər.

Keçidlər