Bərdə Rayon İcra Hakimiyyətinin "Zəfər Günü" nə həsr edilmiş tədbiri S. Behbudov adına 6 nömrəli tam orta məktəbdə keçirilmişdir
04 noyabr 2022 | 15:37
“İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı QMƏVŞAİB- in rayon şöbəsinin müdiri Etibar Hüseynovanın və Bərdə şəhər S. Behbudov adına 6 nömrəli tam orta məktəbin direktoru Elşad Məmmədovun təşkilatçılığı ilə keçirilən tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə 2020-ci il sentyabrın 27-dən başlanan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrilməsindən, qalib Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən danışılıb. Bildirilib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir boyunca şagirdlərin rəngarəng musiqi proqramları bir-birini əvəz etmişdir.