Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Kolayır kəndində insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə konsert proqramı təşkil olunub

30 iyul 2022 | 17:18
Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayon Kolayır kəndində bir neçə kənd mədəniyyət evi, klub və kitabxana müəssisələrinin iştirakı ilə kənd sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tədbir keçirilib.
Kənd sakinlərinin mədəni istirahətinin yüksək səviyyədə təşkil olunması məqsədilə keçirilən tədbirdə iştirak edən regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, ziyalılar və kənd sakinləri əvvəlcə təşkil olunmuş kitab sərgisi, qədim əşyaların və yaradıcı insanların əl işləri, milli adət-ənənələrimizi özündə əks etdirən sənət nümunələrindən ibarət sərgiyə baxış keçiriblər.
Əvvəlcə tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra regional idarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər, kəndin ziyalıları və ağsaqqalları çıxış edərək qeyd ediblər ki, bu kimi tədbirlərin keçirilməsi insanlarda yüksək əhval-ruhiyyə yaradır və insanların mədəniyyət sahəsinə olan marağını daha da artırır. Eyni zamanda keçmişdən qalan milli irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında və gənc nəslə çatdırılmasında bu cür tədbirlər müstəsna əhəmiyyət daşıyır. Əhalinin asudə vaxtının səmərəli təşkil olunması və onlara göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bərdə Regional Mədəniyyət İdarəsinin Tədbirlər Planına uyğun olaraq belə tədbirlər davamlı olaraq keçirilir.
Tədbirdə rəngarəng musiqi nömrələri, yaradıcı insanlar və uşaqlar tərəfindən müxtəlif mövzularda şeirlər səsləndirilib.
Keçidlər