Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub

28 sentyabr 2022 | 15:18
Tamaşanın nümayişində şəhid ailələri, qazilər, Bərdə Regional "Asan Xidmət" Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artırmaqdır.
Təsirli epizodlar ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.
Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar arzulayıb.
Keçidlər