Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Otuzikilər kəndində şəhid Mehbalıyev Elşən Təvəkkül oğlunun anım günü qeyd olunub.

24 iyul 2023 | 08:10
23 iyul 1994-cü il tarixdə Bərdə rayon Otuzikilər kəndində anadan olan Vətən müharibəsinin şəhidi kiçik gizir Mehbalıyev Elşən Təvəkgül oğlunun mövludunun 29-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilmişdir. Şəhidimizin anım mərasimində Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Milli Məclisin deputatı Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə İdarəetmə və texnologiya kollecinin direktoru Xosrov Musayev, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti, şəhidimizin döyüş yoldaşları iştirak etmişdir. Şəhidimizin məzarı və ailəsi ziyarət olunmuşdur. Elşən Mehbalıyev 4 il idi ki Xüsusi Təyinatlı Qüvvələrində Vətənə xidmət edib. O, 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində ilk andan düşmənə gücümüzü göstərən oğullardan idi. Kiçik gizir Elşən Mehbalıyev Suqovuşanın azad edilməsində iştirak etmiş və Ağdərə istiqamətində gedən döyüşlərdə 4 noyabr tarixində şəhid olmuşdur. 6 noyabr 2020- ci il tarixdə Bərdə rayon Otuzikilər kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə kiçik gizir Mehbalıyev Elşən Təvəkgül oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur doyüşcü", “Suqovuşanın" və "Kəlbəcərin" azad olunmasına görə medalları ilə təltif olunmuşdur.
Cəmi şəhidlərimizin məkanı cənnət ruhu şad olsun.
Keçidlər