Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bərdə şəhəri F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

16 fevral 2023 | 17:09
 
Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Ənvər Həsənov, rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayon Təhsil sektorunun müdiri, məktəbin şagird-müəllim kollektivi və digər dövlət orqanlarının nümayəndələri iştirak etmişlər. Bərdə RPİ-nin rəisi polis polkovniki Ə.Həsənov çıxış edərək narkomaniyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə əlaqədar rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini vermişdir.
Həmçinin çıxış edən digər şəxslər şagirdlərə tövsiyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırmışlar.
Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib, şagirdlərin sualları cavablandırılıb.
Keçidlər