Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xanqaraqoyunlu kənd tam orta məktəbində "Gənclər narkomaniyaya yox deyir", "Erkən nikah və onun fəsadları" və "Dini radikalizmə qarşı birgə mübarizə" mövzularında maarifləndirmə tədbiri keçirilib

06 fevral 2023 | 14:39
Çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Rüfət Məmmədov və tədbirdə iştirak edən digər qonaqlar narkomaniya, erkən nikah və dini radikalizm kimi problemlərin şagirdlərin həyatında yaratdığı mənfi təsirlərdən və fəsadlardan geniş bəhs edib. Bildirilib ki, bu bəlalardan gənclərimizi qorumaq üçün hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Keçidlər