Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon S. Vurğun adına Mərkəzi kitabxanada “İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir" adlı dəyirmi masa təşkil edilmişdir

14 iyun 2023 | 18:04
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon S. Vurğun adına Mərkəzi kitabxanada Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində, 18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü münasibətilə “İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir" adlı dəyirmi masa və sərgi təşkil edilmişdir.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Şəmsiyyə Abbaszadə, Bərdə rayon Polis şöbəsinin rəis müavini Nəbi Məmmədov, Bərdə rayon vəkillər bürosunun üzvü Ayna Nəsirli, Bərdə rayonunun axundu Hacı Ramazan Hüseynov, Bərdə qəzetinin əməkdaşı Şükufə Əliyeva, GİKM-nin məsul işçisi, rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səriyyə Kərimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində bir çox maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir, istisnasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, onların müdafiəsi, dəstəklənməsi, eləcə də həyata keçirilməsi vəzifələrini ehtiva edir.
Bərdə rayon İcra Hakimiyyətinin məsul işçisi Şəmsiyyə Abbaszadə çıxış edərək bildirmişdir ki, Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz ümummilli liderin adı ilə bağlıdır. H.Əliyevin Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi və demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün gördüyü işlər barədə çox fikirlər səsləndirilsə də, gənc nəslin onun fəaliyyətinə dair mütəmadi biliklər əldə etməsi bugünkü zamanımızın tələbidir.
Bərdə rayon polis şöbəsinin rəis müavini Nəbi Məmmədov çıxış edərək bildirdi ki, Konstitusion maddələrə uyğun olaraq Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilir. Bu müdafiənin mexanizmində ictimai asayiş və təhlükəsizliyin mühafizəsi üzrə fəaliyyətdə əksər dövlət orqanları böyük rol oynayır və bununla da onların normal fəaliyyətinə yardım edən əsas şərtlərdən biri qismində çıxış edir. Lakin tam həcmdə göstərilən funksiyaları hüquq mühafizə orqanları icra edir.
Bərdə rayon vəkillər bürosunun üzvü Ayna Nəsirli çıxış edərək qeyd etdi ki, Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri şəffaf məhkəmə sistemi sayılır. Hər bir demokratik dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu məhz məhkəmələr oynayır. Azad və şəffaf məhkəmə sistemi hər bir dövlətdə demokratik islahatların, hüquqi dövlət quruculuğunun ölçü meyarı sayılır. Azərbaycanda da son illərdə bu istiqamətdə bir çox mühüm işlər həyata keçirilib.
Daha sonra tədbir iştirakçıları “insan hüquqları” adlı video çarxla, həmçinin kitabxanada təşkil edilən “Hüquqlarımızı öyrənək” başlığı altında təşkil edilmiş kitab sərgisi ilə tanış oldular.
Keçidlər