Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon şəhid R. Hüseynov adına Gülgəzli kənd tam orta məktəbdə I Qarabağ müharibəsinin şəhidi 776 nömrəli hərbi hissənin döyüşçüsü olmuş, Əsədov Yusif Vaqif oğlunun anım günü tədbiri keçirilmişdir.

01 may 2023 | 09:20
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Bərdə rayon təhsil sektorunun nümayəndəsi Elxan Əliyev, şəhidin döyüş yoldaşı Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov, şəhid ailələri, qazilər, məktəblilər və kənd ictimaiyyəti iştirak etmişdir.
Tədbir şəhidin məzarı üzərinə tər gül dəstələri düzülməklə başlanmışdır.
Şəhid R. Hüseynov adına Gülgəzli kənd tam orta məktəbdə baş tutan tədbir Əsədov Yusif Vaqif oğlunun və eyni zamanda cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan
onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edən çıxışlarla davam etmişdir.
Qeyd edək ki, həmin kənd məktəbində sinif otaqlarına Vətən torpağı uğrunda həlak olan şəhidlərin, Əsədov Yusif Vaqif oğlunun, Süleymanov İlkin Mahir oğlunun, Mehbalıyev Elşən Təvəkkül oğlunun, Hüseynzadə Elməddin Fərman oğlunun, İsmayılzadə Şövqi Raqub oğlunun, Əliyev Orxan Məhəmməd oğlunun, Yusibov Elməddin Mahir oğlunun, Hüseynov Emin Zakir oğlunun adı verilmişdir.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun!
Keçidlər