Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon üzrə təhsil sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planı" -nın 6.2-ci bəndinə və Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilən İş Planına uyğun olaraq rayonun bütün ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilmişdir.

24 may 2024 | 15:30
Tədbirdə Bərdə rayon üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı Bərdə rayon komitəsinin sədri Tamella xanım İbadova və Bərdə RİH-in hüquq şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Natiq Səfərov çıxış edərək korrupsiyaya qarşı mübarizənin vacibliyi, bu sahədə qanunvericilik və dövlət siyasəti haqqında məlumat vermişdirlər.
Tədbirdə həmçinin antikorrupsiya davranış modelinin formalaşdırılması işlərinin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Keçidlər