Bərdə rayonu Uğurbəyli kənd məscidində "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu" mövzusunda tədbir keçirilib.
15 mart 2024 | 10:12
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Məhəmməd Rəşidov, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ bölgəsi üzrə qazisi Ramazan Hüseynov, Bərdə rayonu Doğum evinin həkimi Zeynəb Mustafayeva, Bərdə rayon Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizin doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkələr sırasında yer aldığını bildirən natiqlər, doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasını şərtləndirən əsas səbəblərdən, gender və gender bərabərliyi ilə bağlı mövcud ənənəvi inanclar və bu inancların insanların zehnində dərin kök salmasından bəhs ediblər. Daha sonra İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, İslamda ailə və qadınların təhsilinin əhəmiyyəti qeyd edilib. Məsələ ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub, ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlük verilməsinin azaldılması, cəmiyyətdə gender bərabərliyinin önəmi, selektiv abortun qanuni, tibbi və dini cəhətdən qadağa və zərərləri vurğulanıb.
Sonda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.