Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilmişdir

11 dekabr 2023 | 09:13
Bərdə RİH yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın təşkilatçılığı, Bərdə regional "ASAN xidmət" mərkəzinin dəstəyi ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan komissiyanın sədri Səfurə Hümbətova insan hüquqlarının qorunması siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkədə insan hüquqları sahəsində ilk Dövlət Proqramı da məhz Ulu öndər tərəfindən təsdiqlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasəti artıq milli strategiya kimi formalaşıb.
Sonra komissiyanın üzvü, Bərdə regional "ASAN xidmət" mərkəzinin direktoru İlahə Quliyeva çıxış edərək bu əlamətdar günün əhəmiyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, insan hüquqları sahəsində hüquqi islahatların aparılması insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa xidmət etdir.
Sonra komissiyanın üzvləri QMƏVŞAİB-nin rayon şöbəsinin sədri Etibar Hüseynova, şəhər 7 nömrəli tam orta məktəbin direktoru Mehparə Mustafayeva, həmçinin "ASAN xidmət" mərkəzinin Vətəndaşların hüquqlarının təminatı sektorunun böyük məsləhətçisi Xədicə Zamanova çıxış etmişlər.
Tədbir diskussiya şəraitində keçmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Keçidlər