Bərdə rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir
01 aprel 2024 | 11:50
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı "Tədbirlər Planı"nda nəzərdə tutulan müvafiq tapşırıqların icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü ilin yaz ağacəkmə mövsümündə tədbirlərə start verilmişdir. Belə ki, 2024-cü ilin yaz mövsümündə Bərdə şəhərinin müxtəlif ərazilərində, küçə və prospektlərində ümumilikdə ümumi sahəsi 2.5 hektar ərazidə 300 ədəd kıbrız akasiyası, 1000 ədəd eldar şamı və 8800 ədəd qızıl gül kolları əkilmişdir.
Rayonda bu yöndə tədbirlər davam edir.