Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin ikinci ildönümü keçirilmişdir.

01 oktyabr 2022 | 18:16
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Behbudlu Behbud Rubail oğlunun, Ağdam rayonundan olan polkovnik-leytenant Qəmbərov Mehman Nəriman oğlunun əziz xatirəsi yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbr diləyirik!
Keçidlər