Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü mərasimi keçirilmişdir

04 oktyabr 2023 | 09:02
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Paşayev Ramil Şakir oğlu, Şükürov Sərvan Sarxan oğlu, Calalzadə Calal Qaryağdı oğlu, Tağızadə Cahid Vaqif oğlunun əziz xatirəsi yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon Polis şöbəsinin rəisi və əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!
Keçidlər