Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü mərasimi qeyd edilmişdir

09 oktyabr 2023 | 10:34
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Qurbanov Rəcəb Elşən oğlu, Quluyev Mehman Telman oğlu, İsmayılzadə Şövqi Raqub oğlu, Naibov Devran Fazil oğlunun əziz xatirəsi yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!
Keçidlər