Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirildi

03 dekabr 2025 | 10:05

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətə daha fəal şəkildə qoşulması və hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məlumat verilmişdir.

Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, Şəhid Ailələri İctimai Birliyinin sədri Etibar Hüseynova, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Aynurə Əliyeva, komissiyanın üzvləri Nərgiz Cəfərova, Tamilla İbadovaLiza Cabbarova, Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya Təlimli Internat Tipli Gimnaziyanın əməkdaşı Sevinc Yusifova, uşaq səfiri Kənan Əlizadə, həmçinin əlilliyi olan uşaqlar və onların valideynləri iştirak etmişlər.

Tədbirin açılış çıxışını edən Komissiya sədri Səfurə Hümbətova 3 Dekabr – Beynəlxalq Əlillər Gününün cəmiyyətdə hər kəs üçün bərabər imkanların yaradılmasının vacibliyini bir daha xatırlatdığını bildirmişdir. O vurğulamışdır ki, əlilliyi olan şəxslərin gündəlik həyatında üzləşdikləri çətinliklərin aradan qaldırılması və onlara dəstəyin artırılması həm dövlət qurumlarının, həm də yerli icmanın birgə səylərini tələb edir.

Digər çıxışçılar da ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, onların təhsil və inkişaf imkanlarının artırılması istiqamətində görülən işlərdən, həmçinin bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən danışıblar. Çıxışlarda qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Tədbirin sonunda əlilliyi olan şəxslərə müxtəlif növ hədiyyələr təqdim olunmuş, onlara göstərilən dəstəyin daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.

Keçidlər