Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib.

26 noyabr 2025 | 10:51
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın və QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə E.Əhmədov adına Mirzəxan kənd tam orta məktəbin dəstəyi ilə “Qadınlara qarşı zorakılığa son” adlı maarifləndirici görüş keçirilib.
Görüşdə komissiyanın sədri Səfurə Hümbətova, üzvləri Tamilla İbadova, Liza Cabbarova, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Arzu Rəşidzadə, inspektoru Şahzadə Ağayeva, həmçinin Mirzəxan kənd məktəbinin direktoru Ruhiyyə Ağayeva, məktəblilər və valideynlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, bu cür maarifləndirici görüşlər keçirərək cəmiyyətin ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın qarşısının alınmasına, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkməyə, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının tapılmasına, problemin həll edilməsinə kömək göstərməyə çalışırıq. Dünyada hər il zərif cinsin neçə-neçə nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Bildirilib ki, belə problemlərin yaranmasının qarşısının alınması hazırda əsas vəzifələrdən biridir. Bu gün ölkəmizdə dövlət tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülür, maarifləndirici layihələr həyata keçirilir.
Görüş mövzu ilə bağlı müzakirələrlə davam edib.
Keçidlər